SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya tarixində ilk - Astronomlar qara dəliyin yaranma anını müşahidə etdi

Dünya tarixində ilk - Astronomlar qara dəliyin yaranma anını müşahidə etdi
12-01-2019, 19:19

Alimlər bəlkə də ilk dəfə olaraq ulduzun qara dəliyə çevrildiyi anı müşahidə ediblər.

Naxcivanxeberleri.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika Astronomiya Cəmiyyətinin Sietl (Vaşinqton ştat) şəhərində keçirilən konfransında məlumat verilib. Hadisənin özü 200 milyon il əvvəl baş verib, lakin güclü partlayışın “işıq siqnalı” planetimizə ötən il çatıb: görüntü 2018-ci ilin iyun ayında qeydə alınıb.

Ulduzun kəskin işıq saçaraq böyük miqdarda enerjini buraxması ilə müşahidə olunan hadisə “AT2018cow” adlandırılıb. Hadisənin adında göstərilən bu hərf yığını kompüter tərəfindən yaradılıb və heç bir məna daşımır. Lakin sondakı “cow” ingilis dilindən tərcümədə “inək” deməkdir. Ona görə də məlum hadisə geniş elmi ictimaiyyət tərəfindən qısa olaraq “Cow” (“İnək”) adlandırılıb.

Astronomlar əmindirlər ki “Cow” alimlərin ilk dəfə müşahidə etdikləri qara dəliyin yaranma hadisəsi ola bilər. “National Geographic” jurnalı tədqiqat qrupunun rəhbəri Rafaella Marquttinin “Bunu biz uzun illərdir görmək istəyirdik” fikrini sitat gətirib. Tədqiqat qrupunun fikrincə, qara dəlik yaşı az, çox isti və parlaq ulduzun partlayışı nəticəsində yaranıb.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031