SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əfqanıstanda aviazərbələr nəticəsində azı 35 dinc sakin ölüb

Əfqanıstanda aviazərbələr nəticəsində azı 35 dinc sakin ölüb
23-09-2019, 17:20

Əfqanıstanın Hilmənd vilayətində keçirilən toy zamanı hökumət qüvvələrinin aviazərbə endirməsi nəticəsində azı 35 dinc sakin, o cümlədən uşaqlar və qadınlar ölüb.

NAXCİVANXEBERLERİ.COM bu barədə "Reuters"ə istinadən xəbər verir ki, hökumət nümayəndələri hücumun yaxınlıqdakı yaraqlı bazasına edildiyini söyləyib. Onların sözlərinə görə, baza "Taliban" tərəfindən terrorçu-kamikadzelərin təlimi üçün istifadə olunub. Hava zərbəsi nəticəsində 13 nəfər də yaralanıb.

Digər mənbənin məlumatına görə, ölənlərin sayı 40 nəfərdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829