SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tunisin sabiq prezidenti Səudiyyə Ərəbistanında dəfn olunub

Tunisin sabiq prezidenti Səudiyyə Ərəbistanında dəfn olunub
21-09-2019, 23:00

Tunisdə xalq üsyanı nəticəsində devrilmiş keçmiş prezident, ölkəni 20 ildən çox idarə etmiş Zin əl-Abidin Bin Əli Səudiyyə Ərəbistanında dəfn edilib.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Vətən" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sabiq dövlət başçısı Mədinədə torpağa tapşırılıb.

Qeyd edilir ki, 83 yaşlı Bin Əli ötən cümə axşamı müalicə olunduğu Ciddədəki xəstəxanada ölüb. Sabiq siyasətçi son illər xərçəng xəstəliyindən əziyyət çəkib.

Bəzi ərəb KİV-lərinin məlumatına görə, ailəsi sabiq prezidenti Tunisdə dəfn etmək istəyib. Amma indiki hakimiyyətdən rədd cavabı alıb. Ancaq "Sky News Arabia" telekanalı bildirib ki, Tunis hökuməti sabiq prezidentin ailəsinin müraciəti halında onun vətəndə dəfn edilməsi xahişinə müsbət baxmağa hazır idi.

Tunisi 1987-ci ildən idarə etmiş Bin Əli 2011-ci ilin yanvarında baş vermiş inqilab nəticəsində devrilib. O, ailəsi ilə Səudiyyə Ərəbistanına qaçıb. Sabiq dövlət başçısı vətənində nümayişçilərin qətllərində, hakimiyyətdən sui-istifadədə və dövlət vəsaitlərinin israfçılığında ittiham edilərək qiyabi olaraq 100 milyon ABŞ dolları məbləğində cəriməyə və dörd dəfə ömürlük həbsə məhkum edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031