SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nyu-Yorkun meri prezident seçkilərində iştirak etmək fikrindən daşınıb

Nyu-Yorkun meri prezident seçkilərində iştirak etmək fikrindən daşınıb
20-09-2019, 18:47

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blasio Demokrat Partiyasından prezident seçkilərində namizəd olmaq üçün aparılan yarışdan çıxıb.

NAXCİVANXEBERLERİ.COM NBC telekanalına istinadən xəbər verir ki, mer apardığı dörd ay seçki kampaniyası müddətində bir çox rəy sorğularına görə, seçicilərin 1 faizi, bəzən daha da az hissəsi tərəfindən dəstəklənib.

“Mənə elə gəlir ki, seçkiyə hər şeyimi sərf etmişəm. Buna mənim vaxtımın olmadığı aşkardır. Odur ki, seçki kampaniyamı başa vururam”, - Bill de Blasio deyib.

Qeyd edək ki, Bill de Blasio Demokrat Partiyasından prezidentliyə namizəd olmaq istəyən sayca 24-cü şəxsdir. Partiyanın 2020-ci il seçkilərində namizədinin seçiləcəyi qurultayın gələn il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində keçiriləcəyi bildirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031