SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda zəlzələ olub

İranda zəlzələ olub
18-09-2019, 14:20

İranın qərbində yerləşən Kürdüstan vilayətində zəlzələ nəticəsində 2 nəfər xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Kürdüstan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Məhəmməd Fəllahi Fars informasiya agentliyinə açıqlamasında deyib.

M.Fəllahinin sözlərinə görə, ötən gecə yerli vaxtla 23:59-da 4,4 və 02:17-də 3,4 bal gücündə vilayətin Sərvabad rayonunda zəlzələ baş verib.

Baş direktor əlavə edib ki, bütün xilasetmə orqanları hazır vəziyyətə gətirilib.

Zəlzələ Sərvabad rayonunun 12 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, son bir neçə gündə İranın bir sıra vilayətlərində 4 baldan yuxarı zəlzələlər baş verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930