SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaponiyada yaşlı insanların sayı rekord həddə çatıb

Yaponiyada yaşlı insanların sayı rekord həddə çatıb
16-09-2019, 23:42

Yaponiya hökumətinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə 65 və daha yuxarı yaşlı insanların sayı rekord həddə çatıb.

NAXCİVANXEBERLERİ.COM Yaponiya Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 16-da qeyd edilən Ahıllara Minnətdarlıq Günü ərəfəsində dərc edilən son məlumata görə ölkədə belə insanların sayı 35 milyon 88 min nəfər təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 320 min nəfər çoxdur.

Məlumatda qeyd edilir ki, yaşlı insanların cəmiyyətdə nisbəti 28,4 faizə bərabər olub ki, bu da ötən ilki göstəricidən 0,3 faiz artıqdır.

BMT-nin son məlumatına görə, bu, bütün dünyada yaşlı əhalinin ən yüksək nisbətidir. Yaponiyadan sonra həmin göstərici İtaliyada 23 faiz, Portuqaliyada isə 22,4 faiz təşkil edir.

Əhalinin Məskunlaşması və Sosial Təminat Milli Tədqiqat İnstitutunun proqnozlarına görə, 2040-cı ildə Yaponiyada yaşlı əhalinin sayı 35,3 faizə bərabər olacaq.

Nazirliyin məlumatında, həmçinin qeyd edilir ki, ötən il yaşlı işçilərin sayı 8,62 milyon nəfər təşkil edib və bu, ümumi işçi qüvvəsinin 12,9 faizinə bərabərdir. Hər iki göstəricinin də rekord olduğu bildirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031