SON DƏQİQƏ

naxcivanxeberleri.com

Edvard Snouden məmurlara "WhatsApp" və "Telegram"dan imtina etməyi tövsiyə edib

Edvard Snouden məmurlara
16-09-2019, 17:55

Moskvada yaşayan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, 2013-cü ildə ABŞ xüsusi xidmət orqanlarının gizli məlumatlarının sızmasında əli olan Edvard Snouden yüksək vəzifəli şəxslərə "WhatsApp" tətbiqindən istifadəni dayandırmağı tövsiyə edib.

NAXCİVANXEBERLERİ.COM Rusiya KİV-inə istinadən xəbər verir ki, E.Snouden messencerin istifadəçi məlumatlarını pis şifrələdiyinə görə bu tətbiqdə məlumatların yanlış əllərə keçə biləcəyi fikrini önə çəkib.

"Hökumətdə ciddi məsələlərlə məşğul olan şəxsin "WhatsApp"dan istifadəsi səhvdir", - o deyib.

E.Snouden bildirib ki, "WhatsApp" və "Telegram"da məlumatların ötürülməsi SMS ilə müqayisədə daha yaxşıdır, lakin bu proqramlar da son dərəcə təhlükəlidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031