SON DƏQİQƏ

naxcivanxeberleri.com

Messi onu nahara dəvət edən Ronalduya cavab verib

Messi onu nahara dəvət edən Ronalduya cavab verib
12-09-2019, 12:45

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi onunla nahar etməyə hazır olduğunu bildirən İtaliya "Yuventus"unun oyunçusu Kriştianu Ronaldunun sözlərinə münasibət bildirib.

NAXCİVANXEBERLERİ.COM Sport.es saytına istinadən xəbər verir ki, 32 yaşlı argentinalı forvard bunun üçün problem olmadığını söyləyib.

"Həmişə demişəm ki, Ronaldu ilə problemim yoxdur və komanda yoldaşı olmadığımız üçün yaxın dost deyilik. Onunla adətən tədbirlərdə görüşürük. Həmin mərasimlərin sonlarında çoxlu söhbət edir və həmişəkindən daha yaxın oluruq. Birgə şam yeməyinin olub-olmayacağını bilmirəm. Biz müxtəlif ölkələrdə yaşayırıq və hər birimizin öz öhdəlikləri var. Ancaq bu, baş verərsə, heç bir problem yoxdur" deyə Messi vurğulayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu UEFA-nın 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırdığı mərasimdə Lionel Messi ilə nahar etməyə hazır olduğunu açıqlayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30