SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şimali Kiprdə hərbi bazada partlayış olub

Şimali Kiprdə hərbi bazada partlayış olub
12-09-2019, 10:36

Şimali Kipr Türk Respublikasının Çatalköy rayonunda yerləşən hərbi bazada baş verən partlayış nəticəsində ətrafdakı evlərə və 5 ulduzlu otellərin yerləşdiyi turist bölgəsindəki digər evlərə ziyan dəyib.

NAXCİVANXEBERLERİ.COM “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də gecə saatlarında Girne şəhərindən 10 km cənubda yerləşən Çatalköydə sahilə yaxın hərbi bazada baş verib.

Şimali Kipr Prezidenti Mustafa Akıncı bildirib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb: “Partlayışın nəticələrinin aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görülüb”.

Şimali Kipr Türk Respublikası baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersayın təhlükəsizlik baxımından ərazidək sakinlərin təxliyyə edildiyini söyləyib.

Partlayışın səbəbi məlum deyil.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30