SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kanada parlamenti buraxılıb

Kanada parlamenti buraxılıb
11-09-2019, 19:44

Kanadada oktyabrın 21-də parlament seçkiləri keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Castin Trüdo xalqa müraciətində bildirib.

“Bir neçə dəqiqə əvvəl Kanada baş qubernatoru parlamentin buraxılmasına dair ərizəmi qəbul etdi. Oktyabrın 21-də kanadalılar seçki məntəqələrinə gedəcək”, - hökumət başçısı qeyd edib.

Mövcud qaydalara əsasən, baş nazir səhər saatlarında baş qubernator Jüli Peyettin paytaxt Ottavadakı iqamətgahına gələrək parlamenti buraxmaqla bağlı ərizəsini təqdim edib. Bununla da ölkə tarixində sayca 43-cü parlament seçkilərinə başlanılmış olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30