SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kərbəlada Aşura mərasimində xəsarət alanların sayı artıb

Kərbəlada Aşura mərasimində xəsarət alanların sayı artıb
11-09-2019, 09:10

İraqın Kərbəla şəhərindəki məsciddə Aşura günü ilə bağlı keçirilən mərasimdə yaranan izdiham zamanı xəsarət alanların sayı 102 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən BBC bildirib.

Qeyd edilir ki, hadisə zamanı azı 31 nəfər həlak olub. İzdiham İmam Hüseyn məqbərəsinin girişlərindən birində başlayıb.

"Məqbərənin girişində bir neçə nəfər büdrəyib və yıxılıb. Arxada gələn kütlə hərəkəti davam etdirib, bəziləri bu vaxt dönərək məqbərənin digər qapısına getməyə çalışıb, nəticədə zəvvarlar bir-birlərinin üstünə yıxılıblar" - deyə əyalət Şurasının nümayəndəsi Zuheyr Əhməd bildirib.

Daha əvvəl bildirilirdi ki, hadisə piyada körpüsünün çökməsi nəticəsində baş verib. Lakin bu versiya sonra təkzib edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30