SON DƏQİQƏ

naxcivanxeberleri.com

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər
10-09-2019, 21:18

İspaniya parlamenti sentyabrın 23-dək yeni baş naziri təsdiq etməsə, noyabrın 10-da növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu il aprelin 28-də keçirilən seçkilərdə qalib gələn İspaniya Sosialist İşçi Partiyası ilə solçu “Unidas Podemos” İttifaqı arasındakı danışıqlar nəticə verməsə, son dörd il ərzində sayca dördüncü parlament seçkiləri labüd olacaq.

Qeyd edək ki, son seçkilərdə qalib gəlmələrinə baxmayaraq, sosialistlərin rəhbəri Pedro Sançez iyul ayında iki dəfə keçirilən səsvermədə baş nazir vəzifəsinə təsdiq olunmayıb. Bunun səbəbi “Unidas Podemos” ittifaqı ilə üç ay davam edən danışıqlar zamanı koalisiya hökuməti yaratmaqla bağlı hələ də razılığa gəlinməməsidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30