SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ prezidenti Con Boltonu istefaya göndərib

ABŞ prezidenti Con Boltonu istefaya göndərib
10-09-2019, 20:39

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib.

"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə o yazıb.

D.Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb.

Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30