SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

NASA-nın alimləri uzaq qalaktikadan gələn x-ray şüalarının mənşəyini araşdırırlar

NASA-nın alimləri uzaq qalaktikadan gələn x-ray şüalarının mənşəyini araşdırırlar
10-09-2019, 18:35

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri uzaq qalaktikada mavi və yaşıl x-ray şüalarının mənşəyini araşdırıblar. Tədqiqatçılar sirli işıqların bu qədər parlaq olmasının səbəbini öyrənmək istəyiblər. Onlar müəyyən ediblər ki, ULX-4 tipli bu şüalar Yer kürəsindən 22 milyon il uzaqlıqda yerləşən "Atəşfəşanlıq Qalaktikası”ndan gəlir.

NAXCİVANXEBERLERİ.COM CNN telekanalının saytına istinadla xəbər verir ki, "Atəşfəşanlıq Qalaktikası”ndan (NGC 6946) yayılan mavi ə yaşıl rəngli şüalar rəqəmsal səma qurğusu ilə NASA-nın "NuSTAR” rəsədxanasında qeydə alınıb. Lakin müəyyən edilib ki, bu ULX şüaları əvvəlkilərə nisbətən daha qısaömürlüdür. Belə ki, 10 gün müddətində NASA-nın "NuSTAR” və "Çandra” teleskopları tez-tez əmələ gələn və itən şüaları çətinliklə qeydə ala biliblər. Tədqiqatçılar bildiriblər ki, həmin işıqların mənşəyini müəyyən etmək üçün 10 gün çox az müddətdir və bu şüalar qara dəlik, yaxud neytron ulduzları da ola bilərdi.

Avqustda aparılan tədqiqatlar zamanı alimlər bu şüaların qara dəlik tərəfindən udulan parlaq ulduz olduğunu da ehtimal ediblər. Qara dəliyin qravitasiyası ulduzu parçalara ayırır və bu prosesdə fırlanma gücü nəticəsində milyonlarla dərəcəlik temperatur, habelə x-ray radiasiyası əmələ gəlir. Lakin qara dəlik adətən 10 gün müddətinə ulduzları parçalayıb məhv edə bilir. ULX-4 şüalarının ani parlaması və itməsi isə, NASA-nın qənaətinə görə, onun bir neçə ulduzu anidən udmasının əlamətidir. Alimlər qeyd edirlər ki, ULX-4 neytron ulduzların da işığı ola bilər. Nəhəng olmayan bu ulduzlar qara dəlik tərəfindən ani udula və parçalana bilmədiyindən qeyri-adi dərəcədə sıx kürə şəklində Günəşin 12 mil radiusunda parlaq işıq saçır.

NASA-nın alimləri bildirirlər ki, neytron ulduzlar maqnit sahəsində o qədər sürətlə fırlanır ki, digər ulduzlardan gələn maneələr fonunda ətrafa parlaq x-ray işıqları yayılır. Lakin həmin şüaların mənşəyi qalaktikalararası sirr olaraq qalır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30