SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çin astronomları kosmosdan gələn sirli siqnallar qeydə alıblar

Çin astronomları kosmosdan gələn sirli siqnallar qeydə alıblar
9-09-2019, 21:39

Dünyada ən böyük sferik radioteleskopla işləyən Çin astronomları tez-tez təkrar olunan sürətli radiodalğaların siqnallarını (Fast Radio Bursts) – qeydə alıblar. NAXCİVANXEBERLERİ.COM Sinxua agentliyinə istinadla xəbər verir ki, onlar bu siqnalların Yer kürəsindən 4 milyard işıq ili uzaqlıdan gəldiyini ehtimal edirlər.

Çinin Elmlər Akademiyası yanında astronomiya rəsədxanalarının mütəxəssisləri bildiriblər ki, siqnallar 500 metr aperturası olan dünyanın ən böyük sferik radioteleskopu tərəfindən qəbul edilib, diqqətlə yoxlanılıb və təhlil olunub.

Qeyd olunub ki, 500 metr aperturası olan dünyanın ən böyük sferik radioteleskopu, başqa adı ilə FAST, Çinin cənubundakı Quyçjou əyalətinin yüksək dağlarında quraşdırılıb. Sürətli radiodalğaların siqnallar bir neçə milli saniyə uzunluğunda radioimpulslardan ibarətdir. Alimlər bugünədək onların xassələrini müəyyən edə bilməyiblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30