SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xorvatiyanın baş məşqçisi: "Azərbaycan millisi ilə oyun çətin olacaq"

Xorvatiyanın baş məşqçisi:
8-09-2019, 20:15

"Sabah ilk növbədə ciddi oynamalı, qarşılaşmaya ciddi yanaşmalıyıq. Slovakiyaya qarşı oyun kimi ciddiliyi qorusaq, müsbət nəticə qazanarıq. Çətin olacaq, səbrli davranmaq lazımdır. Qələbə üçün lazımi performansı göstərməliyik. Xalsız olması rəqibin zəif olmasından xəbər vermir".

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunları Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı başlamaq onlar üçün önəmlidir:

"Komandanı eyni səviyyədə saxlamaq baş məşqçi üçün çətin işdir. Azərbaycan millisi yaxşı komandadır. Oyuna yaxşı başlamalıyıq. Əks halda çətinlik çəkəcəyik. Slovakiya ilə görüşlə müqayisədə heyətdə ciddi dəyişiklik etməyi düşünmürük. Dəyişiklik olsa da, cüzi olacaq".

Daliç heyətdəki bəzi itkilərin onların oyununa mənfi təsir etməyəcəyini deyib:

"Komanda olaraq məqsədimizi bilirik. Hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdır. Statistikanı ciddiyə almırıq. Fikrimcə, 15 xal toplasaq, AVRO-2020-yə vəsiqə qazanacağıq. Heyətdəki itkilər komandamıza ciddi təsir etmir. Slovakiyanı səfərdə 4:0 hesabı ilə udduğumuz oyunda da itkilər vardı. Əlimizdə olan futbolçulara güvənirik".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30