SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 50-ni keçib

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 50-ni keçib
8-09-2019, 17:50

Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

NAXCİVANXEBERLERİ.COM-un Çinin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, zəlzələ 53 nəfərin xəsarət almasına səbəb olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, xəsarət alanlardan 14-ünə artıq bütün lazımi tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Məlumata əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 4,8 min insan işləyir. Xilasedicilər təhlükəli rayonlardan 823 nəfəri təxliyə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031