SON DƏQİQƏ

naxcivanxeberleri.com

Honkonqda qarşıdurmalar nəticəsində 19 nəfər xəsarət alıb

Honkonqda qarşıdurmalar nəticəsində 19 nəfər xəsarət alıb
8-09-2019, 11:42

Honkonqda nümayişçilər və polis əməkdaşları arasında baş verən toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə RTHK radiostansiyası bildirib.

Qeyd edilir ki, zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır. Əsas qarşıdurmalar şəhərin materik hissəsində, Monqkok ərazisində olub. Polis bölməsinin yanında radikal etirazçılardan ibarət qruplar yolları bağlamağa, yanğınlar törətməyə və asayiş keşikçilərinə xəsarət yetirməyə çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçıları dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qaz, rezin dəyənək tətbiq ediblər.

Daha əvvəl Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031