SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Messi hər mövsümdən sonra "Barselona" ilə müqaviləsini ləğv edə bilər

Messi hər mövsümdən sonra
6-09-2019, 14:49

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi klubla müqaviləni vaxtından əvvəl ləğv etmək iqtidarına malikdir.

NAXCİVANXEBERLERİ.COM "El Pais"ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə sözləşməsində belə bir maddənin olduğu üzə çıxıb. Argentinalı oyunçu 2017-ci ildə klubla yeni sözləşmə imzalayanda müvafiq hüququ özündə saxlayıb. Bildirilir ki, Messi 32 yaşına çatdıqdan sonra hər il iyunun 30-da Kataloniya təmsilçisi ilə əməkdaşlığı sürdürməkdən imtina edə bilər.

"Barselona"nın müdafiəçisi Xerar Pike ESPN-ə açıqlamasında məlumatı təsdiqləyib: "Mən bilirdim ki, Messi hər mövsümün sonunda klubu pulsuz tərk edə bilər. Ancaq onun "Barselona"ya nə qədər sadiq olduğunu bilirik. Buna görə də narahat deyiləm".

Qeyd edək ki, bu il iyunun 24-də Messinin 32 yaşı olub. O, İspaniya klubunda 10 dəfə La Liqa çempionu, 6 dəfə ölkə kubokunun, 4 dəfə UEFA Çempionlar Liqasının 4 qalibi olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30