SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da artıq elektron siqareti də qadağan edirlər

ABŞ-da artıq elektron siqareti də qadağan edirlər
5-09-2019, 19:59

Qadağa şirin və meyvə ətirlərinin, həmçinin nanə və mentolun istifadə olunduğu veyp-məhsullara aiddir

Miçiqan ətirli elektron siqaretlərin istifadəsini qadağan edən ilk ABŞ ştatı olub. Bu barədə "The Washington Post" xəbər verir.

Qadağa şirin və meyvə ətirlərinin, həmçinin nanə və mentolun istifadə olunduğu veyp-məhsullara aiddir. Qadağa tütün dadlı elektron siqaretlərə şamil olunmur.

Bundan əlavə bu növ məhsulların təsviri zamanı "təmiz", təhlükəsiz" və "sağlam" kimi sözlərdən istifadə də qadağan edilir. Çünki bu sözlərin istifadəsi insanlarda yanlış təəssürat formalaşdıra bilər.

Ştatda qadağa həm pərakəndə, həm də onlayn satışa tətbiq olunur və 6 ay ərzində qüvvədə olacaq. Qadağa bu müddət bitdikdən sonra daha 6 ay da uzadıla bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930