SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Baham adalarında
5-09-2019, 09:50

Baham adalarında "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM-un "The Miami Herald" qəzetinə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Dueyn Sandz bildirib.

Nazir "The Washington Post" qəzetinə bildirib ki, 17 nəfər Abako adalarında, 3 nəfər isə Böyük Baham adasında ölüb.

Məlumata əsasən, axtarış əməliyyatları aparılır. Rəsmi şəxslər hesab edir ki, qasırğanın qurbanlarının sayı artacaq.

Son məlumatlara əsasən, qasırğa nəticəsində təxminən 13 min tikili dağılıb və ya ziyan dəyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031