SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistanda neftayırma müəssisəində yanğın olub, ölənlər var

Hindistanda neftayırma müəssisəində yanğın olub, ölənlər var
3-09-2019, 13:20

Hindistanın Mumbai şəhəri yaxınlığında ONGC dövlət neft qaz şirkətinə məxsus neftayırma müəssisəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, azı 11 nəfər də xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM RT-ə istinadən xəbər verir ki, səhər saatlarında müəssisənin su drenaj sistemində əmələ gələn yanğın zamanı azı 8 nəfər işçi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yanğın və fövqəladə hallar xidmətlərinin əməkdaşları cəlb edilib. Ətrafdakı sakinlər təxliyyə olunublar.

ONGC “Twitter” səhifəsində iki saatdan sonra yanğının söndürüldüyünü bildirib. Şirkətdən verilən məlumata görə, neft emalı işləri əvvəlki kimi davam etsə də, qaz emal üçün 330 kilometr məsafəsində Qucarat ştatında yerləşən başqa bir müəssisəyə nəql olunur.

Hadisənin səbəbi araşdırılır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728