SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin sayı artır

Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin sayı artır
7-01-2019, 20:27

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir.

Beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk edib. Xəbərdə bildirilir ki, şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər.

Hərbi hissə tərəfindən gənc əsgərin axtarışı və xidmət yerinə qaytarılması istiqamətində işlər aparılsa da, əsgərin valideynləri övladının qaçma səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasını tələb edirlər.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930