SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə prezidenti Rusiyada səfərdədir

Türkiyə prezidenti Rusiyada səfərdədir
27-08-2019, 15:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərə gedib.

NAXCİVANXEBERLERİ.COM AA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayraq, milli müdafiə naziri Hülusi Akar, sənaye və texnoloji naziri Mustafa Vərənk, Prezident Administrasiyasının xarici əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sözçüsü İbrahim Kalın daxildir.

Səfər çərçivəsində Türkiyə və Rusiyanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin MAKS-2019 beynəlxalq hava nəqliyyatı və fəza sərgisinin açılış mərasiminə qatılıblar.

Həmçinin keçirilən təkbətək və geniş tərkibli görüşlərdə R.T.Ərdoğan və V.Putin iki ölkə arasındakı əlaqələr, Suriya başda olmaqla bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31