SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hindistanda baş verən yol qəzasında 16 nəfər ölüb

Hindistanda baş verən yol qəzasında 16 nəfər ölüb
27-08-2019, 14:45

Hindistanın şimalındakı Üttər Pradeş ştatının Şahcahanpur şəhəri yaxınlığında magistral yolda baş verən ağır qəza nəticəsində aralarında 1 qadın və 3 uşağın da olduğu azı 16 nəfər ölüb, daha bir neçə nəfər ciddi xəsarət alıb.

NAXCİVANXEBERLERİ.COM “The New Indian Express”ə istinadən xəbər verir ki, şəhər polisindən verilən məlumata görə, yol kəsişməsinə yüksək sürətlə daxil olan yük avtomobili sürücünün idarəetməni itirməsi üzündən sərnişinlərlə dolu mikroavtobusla toqquşaraq onu yol qırağındakı xəndəyə atıb və sonra mikroavtobusun üzərinə aşıb. Yük avtomobilinin sürücüsü də xəsarət alanlar ilə birgə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı çox sayda insan ölümündən dərindən kədərləndiyini bildirən ştatın Baş naziri Yogi Adityanat zərərçəkənlərin müalicəsini təmin etmək və öləınlərin ailələrinə təzminat ödəmək barədə müvafiq tapşırıqlar verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031