SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropalı astronavtlar bundan sonra kosmosa ABŞ-ın gəmilərində uçacaqlar

Avropalı astronavtlar bundan sonra kosmosa ABŞ-ın gəmilərində uçacaqlar
26-08-2019, 23:15

Avropalı astronavtlar bundan sonra kosmosa ABŞ gəmilərində uçacaqlar.

NAXCİVANXEBERLERİ.COM Avropa Kosmik Agentliyinin (ESA) saytına istinadən xəbər verir ki, agentlik hazırda Beynəlxalq Kosmik Stansiyada olan və iyul ayında kosmosa uçmuş italiyalı astronavt Luka Parmitanonun Rusiyanın "Soyuz” gəmisində orbitə göndərilən sonuncu avropalı olduğunu bəyan edib.

Avrasiya aerokosmik konqresində çıxış edən Avropa Kosmik Agentliyinin Rusiyadakı təmsilçiliyinin rəhbəri Rene Pişel bildirib ki, "təəssüf ki, Parmitano "Soyuz” kosmik gəmisində uçan sonuncu avropalı astronavt olacaq”. O əlavə edib ki, avropalı astronavtlar bundan sonra kosmosa ABŞ-ın gəmilərində uçacaqlar.

2011-ci ildən bəri Beynəlxalq Kosmik Stansiyaya pilotlu missiyalar yalnız Rusiyanın "Soyuz” kosmik gəmisi vasitəsilə göndərilir. Onlar ABŞ, Rusiya və digər ölkələrin astronavtlarını orbitə çatdırır. Yaxın vaxtlarda isə "SpaceX” və "Boeing” şirkətlərinin istehsal etdikləri yeni kosmik gəmilər pilotlu missiyanı yerinə yetirəcəklər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031