SON DƏQİQƏ

naxcivanxeberleri.com

Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir

Braziliya meşə yanğınlarını söndürməyə hərbçiləri göndərir
26-08-2019, 19:29

Braziliya hökuməti Amazon hövzəsində uzun müddətdir tüğyan edən meşə yanğınlarını söndürmək üçün 44 min hərbçi göndərib.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Fernando Azevedo-i-Silva məlumat verib.

Qeyd edək ki, prezident Jair Bolsonaro tərəfindən imzalanmış müvafiq fərmana görə avqustun 24-dən etibarən bir ay ərzində yanğınların söndürülməsinə kömək məqsədilə hərbi hissələr sərhəd bölgələrində və Amazon hövzəsinin zərər çəkən bölgələrində yerləşdirilməlidir.

Bununla yanaşı, alovu havadan söndürmək üçün hava qüvvələri tərəfindən 12 min litrədək su daşıya bilən iki ədəd “Hercules C-130” təyyarəsi ayrılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930