SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Boeing 737 Max” tipli təyyarələr bu il istismara qaytarıla bilər

“Boeing 737 Max” tipli təyyarələr bu il istismara qaytarıla bilər
26-08-2019, 18:34

İndoneziyada və Efiopiyada baş vermiş və xeyli insan tələfatına səbəb olan qəzalardan sonra istismarı dayandırılmış “Boeing 737 Max” tipli təyyarələr cari ilin dördüncü rübündə yenidən istismara qaytarıla bilər.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə “Boeing” şirkətinin marketinq üzrə vitse-prezidenti Randi Tinset məlumat verib.

O, məsələnin ABŞ Federal Aviasiya Administrasiyası ilə razılaşdırıldığını da əlavə edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max8” tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. Bu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.

Bir qədər əvvəl “The Wall Street Journal” “Boeing 737 Max” təyyarələrinin sertifikat verilməsində yeni sınaqlar aparıldığı ilə bağlı istismara 2020-ci ilin əvvəlindən tez olmamaq şərtilə qaytarıla biləcəyini bildirmişdi. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasının “Boeing”ə 4,9 milyard dollara başa gəldiyi bildirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031