SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokioda cüdo üzrə dünya çempionatına start verilib

Tokioda cüdo üzrə dünya çempionatına start verilib
25-08-2019, 13:48

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.

Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30