SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib

Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib
25-08-2019, 13:25

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30