SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cənubi Koreya KXDR-in raket sınaqlarından narahatdır

Cənubi Koreya KXDR-in raket sınaqlarından narahatdır
24-08-2019, 14:54

KXDR-də keçirilən yeni raket sınaqları Koreya Respublikasını narahat edir.Bu barədə Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının təcili iclasının nəticəsinə əsasən qəbul edilən bəyanatda bildirilir. İclas iştirakçıları yeni sınaqlarla bağlı narahatlıqlarını ifadə edib və Şimali Koreyanı gərginliyin artmasına səbəb olacaq fəaliyyətlərdən çəkinməyə çağırıblar.
Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsindən verilən məlumata görə, avqustun 24-də KXDR-in Yapon dənizi istiqamətində buraxdığı ballistik raketlər 380 kilometr məsafə qət edib. Raketlərin uçuş hündürlüyü maksimal nöqtədə 97 kilometrə çatıb.
Xatırladaq ki, KXDR yay aylarında raket sınaqlarını bərpa edib. Sonuncu raket sınağı avqustun 10-da həyata keçirilmişdi. O zaman yaxın məsafəli iki ballistik raket 400 kilometr məsafə qət etmişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30