SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib
24-08-2019, 09:46

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Axios" nəşriyyatı Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə istinadən yazıb.

Məlumata əsasən, ümumilikdə mərkəzin mütəxəssisləri 28 iyul tarixindən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəliklərini araşdırırlar. İlkin məlumatlara görə, xəstəliklər elektron siqaret istifadəsindən qaynaqlanır.

Bildirilir ki, veyp siqareti çəkən bir nəfər insan ölüb. O ağır tənəffüs xəstəliyi ilə xəstəxanaya yerləşdirilmişdi.

Deyilir ki, iyunun 28-dən avqustun 15-dək ABŞ-da gənc elektron siqaret istehlakçıları arasında 94 ağciyər xəstəlikləri halları qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930