SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təbii fəlakət nəticəsində Hindistanda son iki gündə 58 nəfər ölüb

Təbii fəlakət nəticəsində Hindistanda son iki gündə 58 nəfər ölüb
20-08-2019, 11:48

Hindistanın şimal ştatlarında güclü leysan yağışları və onun nəticəsində yaranan daşqın və torpaq sürüşməsi nəticəsində son iki gündə 58 nəfər ölüb.

NAXCİVANXEBERLERİ.COM bu barədə "Kommersant"a istinadən xəbər verir.

Nyu-Dehlinin düzənliklərdəki ərazilərindən 10 mindən çox insan təxliyyə edilib. Hindistanın paytaxtındakı Yamuna çayında suyun səviyyəsi təhlükəli hədd sayılan 205,3 metri keçərək 206,94 metrə çatıb.

Uttarakxand ştatında 32 nəfər ölüb, 8 nəfər itkin düşüb. Regional hökumət oradakı bütün təhsil müəssisələrini müvəqqəti bağlayıb. Himaçal-Pradeş ştatında 26 nəfər təbii fəlakətin qurbanı olub.

Pəncab ştatının baş naziri Amarinder Sinqh təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 13 milyon dollar ayırıb. Səlahiyyətlilər çaylarda suyun səviyyəsinin artacağını və buna görə də yeni daşqınlar olacağını gözləyirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30