SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Gürcüstanın sabiq hökumət başçısı daxili işlər naziri təyin olunacaq

KİV: Gürcüstanın sabiq hökumət başçısı daxili işlər naziri təyin olunacaq
Dün, 15:20

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili keçmiş baş nazir İrakli Qaribaşvilini siyasətə qaytarır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli Tv” kanalı bu gün məlumat yayıb.

Məlumata əsasən, hazırkı daxili işlər naziri Giorgi Qaxaria baş nazir, onun yerinə isə İ.Qaribaşvili təyin olunacaq.

Hökumətdə kadr dəyişikliklərinin iki həftə sonra baş verəcəyi bildirilib.

Qonşu ölkənin hazırkı baş naziri Mamuka Baxtadzenin isə beynəlxalq maliyyə təşkilatlarının birində çalışacağı gözlənilir.

Qeyd edək ki, İ.Qaribaşvili 2012-ci ildə Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışıb. 2013-2015-ci illərdə o, baş nazir olub. 2019-cu ilin martında İrakli Qaribaşvili Gürcü Arzusu Partiyasının siyasi katibi təyin olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031