SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nigeriyada iki gəminin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb

Nigeriyada iki gəminin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb
14-08-2019, 22:49

Nigeriyada iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, daha iki adam itkin düşüb.

NAXCİVANXEBERLERİ.COM Sinxua agentliyinə istinadən xəbər verir ki, insident ölkənin ən iri şəhərlərindən biri olan Laqosun sahillərində baş verib.

Laqos şəhərinin Su nəqliyyatı idarəsinin rəisi Oluvadamilola Emmanuel jurnalistlərə müsahibəsində bildirib ki, göyərtələrində 18 nəfər olan iki sərnişin gəmisi Oco ştatındakı İreve çayının mənşəyində toqquşub. Onun sözlərinə görə, dalğıclar suya düşən 13 nəfəri xilas edə biliblər, bir qadın və azyaşlı isə itkin düşüblər.

İlkin məlumata görə, insidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930