SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub

Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub
13-08-2019, 17:00

Rusiyalı 5 ağırlıqqaldıran antidopinq qaydalarını pozmaları ilə əlaqədar bütün yarışlardan kənarlaşdırılıb.

NAXCİVANXEBERLERİ.COM-un Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni əsilli David Becanyan (105 kq), Oleq Çen (69 kq), Ruslan Albeqov (+105 kq), Yeqor Klimonov (94 kq) və Tima Turiyevaya (63 kq) qarşı intizam işi açılıb.

Qeyd edək ki, kənarlaşdırılanlar arasında ən titullusu Albeqovdur. O, ikiqat dünya və ikiqat Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Turiyeva Avropa və dünya çempionu, Becanyan və Çen ikiqat Avropa çempionu, Klimonov isə 2017-ci il Universiadasının qalibidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031