SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tanzaniyada yanacaq daşıyan avtomobilin partladılıb

Tanzaniyada yanacaq daşıyan avtomobilin partladılıb
12-08-2019, 19:46

Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM The Citizen”ə istinadən xəbər verir ki, bu barədə həkimlər məlumat yayıb.

Yerli xəstəxana "Muhimbili National Hospital"ın nümayəndəsi Aminiel Aliqeşa bildirib ki, hadisə zamanı xəsarət almış 39 nəfər xəstəxanada müalicə edilir.

Qeyd edək ki, hadisə Moroqoro şəhərində baş verib. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin motosikletlə toqquşmasının qarşısını almaq istəyib. Nəticədə yanacaq daşıyan avtomobil aşıb.

Ölkə prezidenti Con Maqufuli hadisə ilə bağlı ölkədə 3 günlük matəm elan edib.

Daha əvvəl bildirilirdi ki, Tanzaniyanın Moroqoro şəhərində yanacaq daşıyan tanker avtomobilinin partlaması nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031