SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kanar adalarında yanğın səbəbindən 1000 nəfər təxliyyə olunub

Kanar adalarında yanğın səbəbindən 1000 nəfər təxliyyə olunub
11-08-2019, 22:30

Avqustun 10-da Kanar adalarından biri olan Qran-Kanariyada baş verən güclü yanğınlar səbəbindən təxliyyə olunanların sayı 1000 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM ”TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Kanar adalarının prezidenti Anhel Viktor Torres mətbuat konfransında deyib.

Daha əvvəl 400 nəfərin təxliyyə olunduğu məlum idi.

Torresin sözlərinə görə, şənbə günü axşam yanğınsöndürənlər yanan ərazinin 85 faizini nəzarətə götürə biliblər, lakin vəziyyət küləyin öz səmtini dəyişməsi ilə çətinləşib. Hazırda bütün mümkün qüvvələr təbii fəlakətlə mübarizəyə cəlb olunub, yanğınla 200-dən çox yanğınsöndürən mübarizə aparır, həmçinin alovun söndürülməsi prosesinə 10 hava gəmisinin qoşulacağı gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031