SON DƏQQƏ

naxcivanxeberleri.com

Rusiyada dəhşətli partlayış olub : ölənlərin sayı çoxalır

Rusiyada dəhşətli partlayış olub : ölənlərin sayı çoxalır
2-01-2019, 23:58

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

***

Maqnitoqorskda dağıntılar altından daha 3 nəfərin cəsədi çıxarılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından məlumat verilib.

“Çelyabinskdəki axtarış-xilasetmə işləri zamanı dağıntılar altından biri uşaq olmaqla 14 nəfərin cəsədi çıxarılıb”, - məlumatda qeyd olunub.

***

Dağıntılar altından daha 4 nəfərin cəsədi çıxarılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından bildirilib ki, cəsədlər arasında iki qadın, bir kişi və 3 yaşlı qız uşağı da var.

Bununla da ölənlərin sayı 18-ə çatıb.

***

Xilasedicilər dağıntılar altından daha 3 nəfərin cəsədini çıxarıb.

Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ölənlərin 28 nəfərə çatdığını açıqlayıb.

***

Xilasedicilər dağıntılar altından daha 3 meyit çıxarıblar və bununla da ölənlərin sayı 31 nəfərə qalxıb.

10 nəfərin axtarışları davam edir.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30