SON DƏQİQƏ

naxcivanxeberleri.com

İndoneziyada güclü zəlzələ olub - ölənlərin sayı artıb

İndoneziyada güclü zəlzələ olub - ölənlərin sayı artıb
3-08-2019, 21:30

İndoneziyada baş verən zəlzələ nəticəsində beş nəfər ölüb, dörd nəfər isə yaralanıb.

İki nəfər Lebak dairəsində həlak olub, üç nəfər isə Yava adasındakı Pandeqlanq və Sukabumi dairələrində yaralanıb.

Bildirilir ki, Banten və Qərbi Yava vilayətlərində 233 bina dağılıb.

Daha öncə bir bəfərin öldüyü, dörd nəfərin yaralandığı qeyd edilirdi.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji mərkəzinin verdiyi xəbərə əsasən, İndoneziyanın Sumatra adası sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Pandeqlanq yaşayış məntəqəsindən 250 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Daha sonra Mərkəz zəlzələnin maqnitudasını 6,8-ə qədər azaldıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031