SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub
29-07-2019, 23:11

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Mark Esper arasında telefon danışığı olub.

NAXCİVANXEBERLERİ.COM Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, H.Akar telefon danışığı zamanı qeyd edib ki, Ankara ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin tam dayandırılmasını gözləyir. Nazir həmçinin vuröulayıb ki, Türkiyə ölkənin cənubunda terror dəhlizinin yaradılmasına imkan verməyəcək.

Suriyanın şimalında yaradılması planlaşdırılan "təhlükəsizlik zonasından" danışan türkiyəli nazir qeyd edib ki, bu zonada lazımi nəzarəti yalnız Türkiyə təmin edə bilər.

H.Akar bildirib ki, PKK/YPG terror təşkilatının "təhlükəsizlik zonasında" olan bütün silahları toplanmalıdır, onların bütün tunelləri və mövqeləri məhv edilməlidir və terror təşkilatının üzvləri bu ərazidən çıxarılmalıdır.

Onun sözlərinə görə, əgər Türkiyə və ABŞ arasında bu məsələ üzrə konsensus əldə olunmazsa, Ankara "təhlükəsizlik zonasını" təkbaşına yaratmaq məcburiyyətində qalacaq.

F-35 proqramı haqqında danışan nazir bildirib ki, Ankara yalnız müştəri deyil, həmçinin beşinci nəsil qırıcı təyyarələrin hazırlanması üzrə proqramın investoru və vacib tərəfdaşıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930