SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: Ermənistanda yeni etiraz aksiyası keçiriləcək

KİV: Ermənistanda yeni etiraz aksiyası keçiriləcək
20-07-2019, 13:16

Ermənistanda yaxın zamanlarda İcevandakı hadisələrə oxşar yeni etiraz aksiyalarının baş verəcəyi gözlənilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, Göycə (Sevan) gölü sahillərindəki yaşayış məntəqlərinin, xüsusi ilə Sovaqyux kəndinin sakinləri etiraz aksiyası keçirməyə hazırlaşır. Onlar göldə balıq ovunun yasaqlanmasına etiraz aksiyası keçirəcəklər. Onlar kənd yaxınlığından keçən dövlətlərarası trası bağlamaq niyyətindədirlər.

Ermənistan Milli təhlükəsizlik Xidməti mətbuat katibliyinin məlumatına əsasən,“Sevan” milli parkının bir neçə filialının rəhbərlərinə qanunsuz balıq ovuna rüşvət qarşlığında icazə verdikləri aşkarlanıb.

Qeyd edək ki, iyulun 17-də İcevanda yüzlərlə insan etiraz aksiyası keçirib. Onlar küçələri bağlayaraq meşədən maneəsiz və nəzarətsiz odun daşımağa nail olmaq istəyiblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031