SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəskin hava şəraiti Gürcüstanda fəsadlar törədib

Kəskin hava şəraiti Gürcüstanda fəsadlar törədib
18-07-2019, 20:27

Kəskin hava şəraiti Gürcüstanın Ambrolauri rayonunda ciddi problemlər yaradıb.

NAXCİVANXEBERLERİ.COM -un Gürcüstan bürosu xəbər verir ki, güclü külək, yağış və dolu nəticəsində rayon mərkəzində bir neçə yaşayış binasının və 200-ə yaxın şəxsi evin dam örtüyü dağılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ağacların aşması nəticəsində mərkəzi yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Rayon rəhbərliyi təbiət hadisəsindən zərər çəkən sakinləri müvəqqəti yaşayış yerləri ilə təmin edəcək.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür. İlkin hesablamalara görə, Ambrolauri rayonuna dəyən zərər yarım milyon lari təşkil edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031