SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində təhsil almaq hüququ qazanan şəxslərin siyahısı təsdiqlənib

Çində təhsil almaq hüququ qazanan şəxslərin siyahısı təsdiqlənib
18-07-2019, 16:25

Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gənc Çin Xalq Respublikasının nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Təhsil Nazirliyindən məlumat verilib.

Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 37 nəfər bu ölkənin “Peking University”, “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (3 nəfər), magistratura (32 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil almaq hüququ qazanıb.

Müvafiq təqaüd proqramı barədə elan cari ilin 21 yanvar tarixində Təhsil Nazirliyinin saytında verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031