SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aİ-də ən aşağı ölüm göstəricisi İspaniyadadır

Aİ-də ən aşağı ölüm göstəricisi İspaniyadadır
16-07-2019, 22:52

Avropa İttifaqında ən aşağı ölüm səviyyəsi İspaniyadadır (hər 100 min sakinə 829 ölüm faktı).

NAXCİVANXEBERLERİ.COM Avropa İttifaqının Statistika Bürosunun ( "Eurostat”) iyulun 16-da açıqlanmış 2016-cı il üçün məlumatına istinadla xəbər verir ki, ən yüksək ölüm göstəricisi Bolqarıstan (1600 adam), Latviya və Rumıniyadadır (hər biri üçün 1476 adam).

Ən aşağı ölüm göstəricisi isə İspaniya ilə bərabər, Fransa (838), İtaliya (843) və Maltada (882) qeydə alınıb.

2016-cı ildə Aİ-də 5,1 milyon insan ölüb ki, bu da ötən ildəkindən 80 min nəfər azdır. Bu ölümlərin üçdəbir hissəsi 75 yaşınadək insanların payına düşüb (1,7 milyon, 33 faiz), ölənlərin 1,5 milyonu 75-85 yaşlarında (29 faiz), 9 milyonu 85 yaşından böyük (38 faiz) olub.

"Eurostat”ın məlumatına görə, 1,8 milyondan çox insanın ölümünə qan dövranı sistemi xəstəlikləri, ürək tutmaları, insultlar səbəb olub. 2016-cı ildə xərçəngdən 1,3 milyondan çox adam ölüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031