SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”

Baş nazir: “Gürcüstan ən çox turistləri quru sərhədi olan ölkələrdən qəbul edir”
16-07-2019, 18:55

“Gürcüstana ən çox turistlər Türkiyə, Rusiya, Azərbaycan və Ermənistandan gəlir”.

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

O, Gürcüstanın quru sərhədi olan ölkələrdən ən çox turist qəbul etdiyini deyib: “Gürcüstan turizm sektorunun inkişafında böyük uğurlar əldə edib. Bu sahədə daha çox uğurlara nail olacağımıza əminəm. Turizm sektorunun inkişafı üçün seçdiyimiz strategiya düzgün olub”.

M.Baxtadze 2013-2019-cu illərdə Rusiyada turizm marketinq kampaniyasına xərclənən 13 mln. lari həcmində vəsaitin özünü doğrultduğunu da deyib.

Hökumət başçısının sözlərinə görə, düzgün qərarın nəticəsində ölkədə bir sıra vətəndaşlar orta və kiçik biznes qurublar və yeni iş yerləri yaradılıb.

Qeyd edək ki, Gürcüstanın Milli Turizm Administrasiyasının son 6 ildə beynəlxalq bazarlarda marketinq kampaniyasına 70,707,893 lari vəsait sərf etdiyi açıqlanıb. Bu məbləğin 13 mln. larisi və ya 18,6%-i Rusiya bazarının payına düşüb. (Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031