SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçiriblər

Ermənistanda kəndlilər hökumət binası qarşısında oturaq aksiya keçiriblər
16-07-2019, 15:20

Ermənistanın Ararat vilayətinin Kaxsraşen kənd sakinləri Yerevanda hökumət binasının qarşısında oturaq etiraz aksiyası keçiriblər.

NAXCİVANXEBERLERİ.COM “Panorama”ya istinadən xəbər verir ki, onlar ölkənin baş naziri Nikol Paşinyan və ya onun köməkçilərindən biri ilə görüş tələb ediblər.

Aksiya iştirakçıları əkin yerlərinin suvarılması üçün su probleminin aradan qaldırılmamasına etiraz ediblər.

“Bizdə hökumət olsaydı, bura bu qədər adam toplaşardımı? Bu, hökumət deyil, polis bölməsidir”, - deyə etirazçılardan biri vurğulayıb.

Aksiya iştirakçıları N.Paşinyanı su qıtlığı olan Kaxsraşen kəndinə gedib problemi yerində görməyə çağırıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031