SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olundu - Bu gündən tədavüldə

Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olundu - Bu gündən tədavüldə
16-07-2019, 14:15

Bu gün dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku tədavülə buraxılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, poçt markalı blokun üzərində “Vostok” və “Mirnıy” adlı qayıqlar, həmçinin Antarktida peyzajı təsvir olunub.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni bu gün Moskva, Sankt-Peterburq və Penza şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.

Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 40 min nüsxə təşkil edir. Poçt blokunun ölçüsü 124×70 mm, blokda olan poçt markalarının ölçüləri isə 42×30 mm təşkil edir. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Qeyd edək ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031