SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bosniya və Herseqovina “Eurovision–2020” mahnı müsabiqəsində iştirak etməyəcək

Bosniya və Herseqovina “Eurovision–2020” mahnı müsabiqəsində iştirak etməyəcək
15-07-2019, 22:51

Bosniya və Herseqovinanın teleradio şirkəti "BHRT” 2020-ci ildə Niderlandda keçiriləcək Eurovision mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

NAXCİVANXEBERLRE.COM ölkə mətbuatına istinadla xəbər verir ki, "BHRT”nin Avropa Yayım Birliyinə hələ də ödəmədiyi yüksək borc səbəbindən ölkənin mahnı müsabiqəsində iştirak edə bilməyəcəyi bildirilib.

Vurğulanıb ki, son illər milli yayım şirkəti maliyyə problemləri ilə üzləşib. Vəsait çatışmazlığından əziyyət çəkən şirkət 2016-cı ilin iyun ayında ciddi maliyyə problemləri üzündən bütün verilişlərini müvəqqəti olaraq dayandırıb.

Qeyd edək ki, Bosniya və Herseqovina sonuncu dəfə Stokholmda keçirilən "Eurovision-2016” müsabiqəsində iştirak etmişdi. Həmin müsabiqədə Dalal & Deen "Ljubav je” mahnısı ilə ilk yarımfinal mərhələsində 11-ci yeri tutmuşdu.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31