SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunub

Premyer Liqa komandasına yeni baş məşqçi təyin olunub
11-07-2019, 16:19

İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl”ın yeni baş məşqçisi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM “The Telegraph”a istinadən xəbər verir ki, komanda Stiv Bryusa tapşırılacaq. Ötən mövsüm İngiltərə Çempionşipində yer alan “Şeffild Uensdey”ə rəhbərlik edən 58 yaşlı mütəxəssisin təyinatının tezliklə açıqlanacağı bildirilir.

Klub Asiya toplanışına getmək üçün Bryusa viza alınması üzərində işləyir.

Qeyd edək ki, “Nyukasl” ötən mövsüm başa çatandan sonra Rafael Beniteslə yeni sözləşmə imzalamayıb. İspaniyalı mütəxəssis isə Çin Super Liqasında çıxış edən “Dalyan İfan”ın baş məşqçisi təyin olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031